Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Bu barədə XİN-in “Twitter” hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, – məlumatda deyilir.