AZƏRBAYCAN XİN TƏYYARƏ QƏZASI İLƏ BAĞLI NAZİRLİK ADINDAN YAYILAN MƏLUMATLARIN SAXTA OLDUĞUNU AÇIQLAYIB

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.

Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, həmin məlumat saxtadır.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından bildirilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya təyyarənin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.