AZƏRBAYCAN XİN SURİYANI MİLLİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyanı Milli Gün münasibətilə təbrik edib.

Bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

“Suriyanın Milli Günü münasibətilə Suriya hökumətini və xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Suriya!”, – paylaşımda qeyd olunub.