AZƏRBAYCAN XİN RƏHBƏRİ MÜQƏDDƏS TAXT-TACIN ARXİYEPİSKOPU İLƏ REGİONAL VƏ BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallager geniş tərkibdə görüş keçiriblər.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilir ki, tərəflər görüş zamanı əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.