AZƏRBAYCAN XİN QIRĞIZISTAN-TACİKİSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI İLƏ BAĞLI SAZİŞİN İMZALANMASINI ALQIŞLAYIB

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir.

“Bu tarixi saziş Qırğızıstan-Tacikistan arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik”, – deyə paylaşımda bildirilib.