AZƏRBAYCAN XİN PAKİSTANI MİLLİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in “Twitter” səhifəsindəki paylaşımda deyilir.

“Qardaş Pakistan İslam Respublikasına Milli Günü münasibətilə səmimi qəlbdən uğurlar və firavanlıq arzulayır və bu əlamətdar gün münasibətilə səmimi təbriklərimizi bildiririk”, – deyə paylaşımda bildirilir.