AZƏRBAYCAN XİN ÖZBƏKİSTANI TƏBRİK EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edilib.

“Milli Gün münasibətilə Özbəkistan hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, – XİN-in təbrikində qeyd olunub.