AZƏRBAYCAN XİN: MİNA QURBANLARININ SAYI 284 NƏFƏRƏ ÇATIB

Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında məlumat paylaşılıb.

Bildirilib ki, bu gün Azərbaycanın mülki şəxsi minanın partlaması nəticəsində ağır yaralanıb. 2020-ci il müharibəsindən sonra isə ölən və yaralananların sayı 284-ə yüksəlib.

“Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdır!”, – deyə məlumatda qeyd edilir.