AZƏRBAYCAN XİN MALAYZİYA VƏ QIRĞIZISTANI TƏBRİK EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Milli Gün münasibətilə Malayziya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, – paylaşımda qeyd olunub.

Azərbaycan XİN Qırğızıstanı da Milli Günü münasibətilə təbrik edib.

“Dost və qardaş Qırğızıstan xalqını MilliGünü münasibətilə təbrik edir və dövlətlərimiz arasında əməkdaşlığın bütün platformalarda daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, – deyə paylaşımda bildirilib.