AZƏRBAYCAN XİN LAÇINDA MEŞƏLƏRİN YANDIRILMASINA MÜNASİBƏT BİLDİRİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.

Bu barədə “Twitter” səhifəsində qeyd edilib.

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırılır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, – deyə paylaşımda bildirilir.