AZƏRBAYCAN XİN İTALİYAYA DAŞQINLARA GÖRƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar başsağlığı verib.

Bu barədə Azərbaycan XİN tvitter hesabında bildirib.

“İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır”, – deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, İtaliyanın şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində çoxsaylı dağıntı və insan tələfatı olub.