
Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Biz qorxu və parçalanma səpmək istəyən bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, – paylaşımda bildirilib.
Qeyd edək ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem səhər saatlarında İsrailin ABŞ-dəki səfirliyinin iki əməkdaşının Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında öldürüldüyü barədə məlumat yayıb.
“İsrail səfirliyinin iki əməkdaşı bu axşam Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürüldü. Biz hadisəni araşdırırıq”, – o, “X” hesabında yazıb.