Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, – deyə nazirliyin paylaşımında qeyd olunub.