Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
Bu barədə XİN-in “Twitter” səhifəsində qeyd edilib.
Paylaşımda bildirilib: “İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı, yaralılara tezliklə sağalmalarını diləyirik”.