AZƏRBAYCAN XİN-İ İSTANBULDAKI QASIRĞA İLƏ ƏLAQƏDAR TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Seninleyiz Türkiye”, – paylaşımda deyilir.

Qeyd edək ki, İstanbulda baş verən qasırğa nəticəsində 6 nəfər ölüb, 38 nəfər yaralanıb.