AZƏRBAYCAN XİN GÜRCÜSTANA BAŞSAĞLIĞI VERİB

Abxaziyanın (Gürcüstan) Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında qeyd edib.

“Bu dağıdıcı hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk”, – deyə bildirilib.