Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin guya 1990-cı ildə törədilmiş “qırğınlar” barədə iddialarına münasibət bildirib.
XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi “Twitter” səhifəsində bildirib ki, münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir.
“Ermənistan Xarici İşlər Nazirliyi yenidən 1990-cı ilin yanvarında törədilmiş uydurma “qırğınlar” haqqında danışır. Ermənilərin qurban olduğu haqqında rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına səbəb olub. Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”, – deyə L. Abdullayeva paylaşımda qeyd edib.