AZƏRBAYCAN XİN ABŞ DÖVLƏT DEPARTAMENTİNƏ CAVAB VERİB

Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi! – deyə qeyd edilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə kommersiya və şəxsi səyahətlər də daxil olmaqla Laçın dəhlizində sərbəst hərəkətin tam bərpasına çağırış etmişdi.