
Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin qarşısına gələrək Türkiyədəki zəlzələdə həyatını itirənləri yad edirlər.
Hazırda da paytaxt sakinləri səfirlik önünə gələrək əklil və gül dəstələri düzürlər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda həlak olan və yaralananlar var.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

