
Azərbaycan və Türkiyə teleradio kanallarının yardım kampaniyası çərçivəsində ortaq yayımı başladı.
Televiziya kanallarının ortaq yayımı “Türkiyə, tək ürək” adlı yardım kanpaniyası çərçivəsində təşkil edilib.
Birgə yardım kampaniyasının yayımında 200-ə yaxın rəqəmsal, yerli, regional, milli və beynəlxalq televiziya və 500 radio iştirak edir.
Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.