AZƏRBAYCAN VƏ TÜRKİYƏ QARABAĞDA 128 KVADRAT KİLOMETR MİNALANMIŞ ƏRAZİNİ BİRGƏ TƏMİZLƏYİB

İkinci Qarabağ müharibəsindən sonra imzalanmış atəşkəs çərçivəsində Türkiyənin Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində dəstəyi davam edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, bu günə qədər Türkiyə və Azərbaycan hərbçilərinin birgə fəaliyyəti nəticəsində 128 kvadrat kilometrlik ərazi minalardan və partlamamış sursatlardan təmizlənib:

“Bu proses çərçivəsində Azərbaycan ordusunun 1 025 nəfər şəxsi heyəti təlim keçib. “İki dövlət, bir millət” anlayışı ilə hər zaman bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində bundan sonra da yanlarında olmaqda davam edəcəyik”, – deyə nazirliyin açıqlamasında bildirilir.