AZƏRBAYCAN VƏ TÜRKİYƏ PROKURORLUQLARININ SƏRHƏDYANI ƏMƏKDAŞLIĞI MÖVZUSUNDA KONFRANS KEÇİRİLİR

İyulun 10-da Naxçıvan şəhərində Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, konfransda Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca, Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak edirlər.