AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN QARABAĞA SƏFƏRİ GÜRCÜSTAN MƏTBUATINDA GENİŞ İŞIQLANDIRILIB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevin qardaş ölkənin dövlət başçısını Füzulidə qarşılaması, ölkə başçılarının Şuşaya birgə səfər etmələri və burada keçirilən tədbirlərdə iştirakları, eləcə də söylədikləri fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Gürcüstanın interpressnews.ge report.ge, 24news.ge, kavkasia.net, interpress.ge, aktual.ge, informasiya portalları, paltranews, 1tv.ge, rustavi2.tv televiziya kanalları Azərbaycan, rus, ingilis və gürcü dillərində silsilə materiallar yayıblar.

Materiallarda Azərbaycan və Türkiyə prezidentlərinin region və dünya ölkələrinə verdikləri mesajlar xüsusi qeyd olunub.