Azərbaycan və Türkiyənin iqtisadiyyatına nəzər salsaq, görərik ki, rəqib deyil, bir-birini tamamlayan iki ölkədir.
Bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
O bildirib ki, iki ölkə arasında ticarət əlaqələri çox yaxş səviyyədədir və bunun daha da inkişaf etdirilməsi planlaşdırılır:
“Azərbaycanın bütün sahələrində Türkiyə şirkətləri yer almaq istəyir. Bizim də nazir olaraq vəzifəmiz bu istiqamətdə əmkdaşlıqları təmin etməkdir. Bunu etsək, həm Türkiyə, həm də Azərbaycan şirkətləri böyük uğurlara imza atacaq”.