AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA İDMAN SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə-Azərbaycan Gənclər və İdman Əməkdaşlıq İşçi Qrupunun nümayəndələri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, F.Qayıbov Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gənclər və idman sahəsində də uğurla davam etdiyini vurğulayıb. Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində işçi qrupunun əhəmiyyətini qeyd edib.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.