AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA AĞILLI TİNGÇİLİKLƏ BAĞLI MÜZAKİRƏ APARILIB

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, layihə çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan və Türkiyə arasında ağıllı tingçiliklə bağlı müzakirə aparılıb (FOTO)

Azərbaycan və Türkiyə arasında ağıllı tingçiliklə bağlı müzakirə aparılıb (FOTO)

Azərbaycan və Türkiyə arasında ağıllı tingçiliklə bağlı müzakirə aparılıb (FOTO)