AZƏRBAYCAN VƏ SOMALİ XİN RƏHBƏRLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq da vurğulanıb.

Bu və son yüksək səviyyəli səfərlər və imzalanmış sazişlər ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir”, – XİN-dən bildirilib.

xxx

11:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparırlar.

Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib (YENİLƏNİB) (FOTO)