AZƏRBAYCAN VƏ SOMALİ ARASINDA MÜDAFİƏ SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ SAZİŞİ TƏSDİQLƏNİB

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.