AZƏRBAYCAN VƏ SLOVENİYA XİN RƏHBƏRLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ KEÇİRİLİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Sloveniyanın xarici işlər naziri Tanya Fayon ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımda deyilir.

Tərəflər enerji, rəqəmsal innovasiya, ekoloji davamlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, regional təhlükəsizlik, əlaqə və çoxtərəfli koordinasiya ilə bağlı fikir mübadiləsi aparıblar.