AZƏRBAYCAN VƏ SLOVAKİYA XİN RƏHBƏRLƏRİNİN GENİŞ TƏRKİBLİ GÖRÜŞÜ KEÇİRİLİR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku arasında geniş tərkibli görüş keçirilir.

Bu barədə Ceyhun Bayramov rəsmi tvitter səhifəsində paylaşım edib.

Qeyd edək ki, Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku Bakıda rəsmi səfərdədir. Daha əvvəl İvan Korçok Prezident İlham Əliyev tərəfindən də qəbul olunub.