AZƏRBAYCAN VƏ SERBİYA ARASINDAKI SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sazişə əsasən, 2023-cü il noyabrın 7-də Belqrad şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş” təsdiq edilib