AZƏRBAYCAN VƏ SERBİYA ARASINDA İCAZƏSİZ YAŞAYAN ŞƏXSLƏRİN READMİSSİYASI HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilir.