
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu” təsdiq edilib.