AZƏRBAYCAN VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA BİTKİ MÜHAFİZƏSİ VƏ KARANTİNİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR SƏNƏD TƏSDİQ EDİLİB

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair sənəd təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.