Azərbaycan və Rusiya Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.
Nazir bildirib ki, ölkələr arasında münasibətlər strateji xarakter daşıyır:
“Hazırda ölkələr arasında müxtəlif sahələr üzrə 230-dan çox saziş imzalanıb. Bu proses müxtəlif strukturlar, nazirliklər və digər qurumlar arasında inkişaf etməkdədir”.
Nazir mövcud sazişlər arasında dostluq və strateteji tərəfdaşlıq, dövlət sərhədi barədə sənədləri qeyd edib.