6-9 iyul 2021-ci il tarixlərində Bakı şəhərində Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri A.A. Bilyalitdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, çöl demarkasiya işlərinin aparılması və təşkil edilməsi üçün lazimi olan sənədlər təsdiq edilib. Sərhəd nişanlarının quraşdırılması Azərbaycan-Rusiya birdə demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planına müvafiq olaraq davam etdiriləcək.