AZƏRBAYCAN VƏ RUANDA ARASINDA HAVA ƏLAQƏSİ HAQQINDA SAZİŞ TƏSDİQLƏNİB

2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiqlənib.

Bununla bağlı Preizdent İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” təsdiq edilib.