AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA ƏSAS İNVESTİSİYA LAYİHƏLƏRİ VƏ MEMORANDUMLAR MÜZAKİRƏ EDİLİB

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də İslamabadda səfəri zamanı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əsas investisiya layihələri və iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib.

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparıb.

Hər iki ölkə təşəbbüslərin yekunlaşdırılmasını sürətləndirmək barədə razılığa gəliblər.