AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ƏMƏKDAŞLIĞA DAİR BİR SIRA SƏNƏDLƏR İMZALAYIB

Azərbaycan və Özbəkistan əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb.

Sənədlər bu gün Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda imzalanıb.

İmzalanan sənədlər aşağıdakılardır:

1 . Termez (Özbəkistan) və Biləsuvar (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

2. Namanqan (Özbəkistan) və Mingəçevir (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

3.Gülüstan (Özbəkistan) və Füzuli (Azərbaycan) şəhərləri arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu.