AZƏRBAYCAN VƏ MONTENEQRO HAVA ƏLAQƏLƏRİ HAQQINDA SAZİŞ İMZALAYIB

Bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında qeyd edib.

“Bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək”, – Nazir vurğulayıb.