AZƏRBAYCAN VƏ MALDİV ÜMUMVƏTƏNDAŞ PASPORT SAHİBLƏRİ VİZA TƏLƏBİNDƏN QARŞILIQLI AZAD EDİLİB

Azərbaycan və Maldiv ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.