Kamerun və Azərbaycan Gimnastika federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, sənədi qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor imzalayıblar.
Tərəflər bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.