AZƏRBAYCAN VƏ İSVEÇRƏ HUMANİTAR MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİB

Azərbaycan və İsveçrə humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun İsveçrənin Türkiyə, Azərbaycan və Gürcüstandakı hərbi attaşesi, Baş Qərargah polkovniki Diter Viki ilə keçirdiyi görüşdə fikir mübadiləsi aparılıb.

Görüşdə Agentliyin qarşısında duran məqsəd və vəzifələr, fəaliyyət dövrü ərzində gördüyü işlər, təlim imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsi, bu təhlükə ilə mübarizə istiqamətində göstərilən fəaliyyət və əlaqəli şəkildə icra edilən yenidənqurma işləri barədə təqdimat nümayiş olunub.

Qonaq Azərbaycanın üzləşdiyi mina problemi barədə ətraflı məlumatlandırılıb. Görüşdə iki ölkə arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.