AZƏRBAYCAN VƏ İSRAİL XİN ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLİB

Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib.

Bu barədə İsrail XİN-də siyasi məsələlər üzrə direktor Aliza Bin Noun “X” sosial media hesabında bildirib.

“Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayevlə səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü ikitərəfli münasibətlərimiz diqqətlə təhlil olundu və onların davamlı inkişafı üçün yollar axtarıldı.

Biz, həmçinin, Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə minnətdarıq”, – deyə əlavə edilib.