AZƏRBAYCAN VƏ İSRAİL PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ OLUB

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, İsxak Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.