
Elm və təhsil naziri Emin Əmrullayev İsrailin Azərbaycan Respublikasındakı səfiri Corc Dik ilə görüşüb.
Bu barədə nazirlikdən məlumat verilib. Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə İsrail arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.