AZƏRBAYCAN VƏ İSPANİYA ARASINDA MƏXFİ MƏLUMATIN MÜBADİLƏSİ VƏ QARŞILIQLI MÜHAFİZƏSİ BARƏDƏ SAZİŞ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanmış Saziş təsdiq edilib.