
Azərbaycan və İraq FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalayıb.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“İraqa səfər çərçivəsində Rabitə və Media Komissiyasının Baş icraçı direktoru Əli Hussein Əl-Muayedlə görüşdük. İki ölkə arasında FM radiostansiyalarının koordinasiyası barədə müzakirə apardıq. Hökumətlər arasında FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalanıb”, – deyə o qeyd edib.