AZƏRBAYCAN VƏ İRAQ ARASINDA İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 2023-cü il dekabrın 7-də Bağdad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.