AZƏRBAYCAN VƏ İORDANİYA GÖMRÜK İŞİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilsin.